Gürcüstanla Rusiyanı birləşdirən Yuxarı Lars yolu bağlandı

Gürcüstanla Rusiya arasında Yuxarı Lars yolu bağlanıb.
Səbəb ekstremal hava şəraitidir. Hazırda bütün növ nəqliyyat vasitələri üçün yol bağlıdır.
Böyük Qafqaz dağlarında yerləşən tarixi Dəryal keçidindən keçən bu yol "Hərbi Gürcüstan yolu" da adlandırılır. Dağlıq ərazilərdən keçən yoldə hərəkət ilin soyuq dövründə tez-tez məhdudlaşdırılır. Olduqca təhlükəli relyefə malik bölgə olan bu regionda mütəmadi olaraq qar uçqunları müşahidə olunur.
www.anews.az
























