• $
  • €
  • ₽
  • ₺
  • £

Çin ABŞ sanksiyalarına baxmayaraq İrandan neft idxalını artırır

Çin ABŞ sanksiyalarına baxmayaraq İrandan neft idxalını artırır
12.03.2021 18:30
Bütün digər bazar iştirakçıları ABŞ Prezidenti Cozef Baydenin rəsmi Tehrana qarşı sanksiyaları ləğv etməsini gözləyərkən Çin İrandan neft idxalını artırır.

"Report” xəbər verir ki, bu barədə NGV "Al Arabia” agentliyinə istinadən məlumat verib.

Treyderlərin və analitiklərin məlumatına görə, Çinin emal gücünün dörddə birinin yerləşdiyi Şandun əyalətinə İran xammalının tədarükü bu ay o qədər artıb ki, Çin limanlarında neft tankerləri yığılıb qalıb.

"Mart ayının sonuna qədər Çinin İrandan idxal etdiyi neftin həcmi 856 min barel/günə çatacaq ki, bu da öncəki aya nisbətən 129% çoxdur”, - "Kpler” şirkətinin analitiki Kevin Rayt hesab edir. Qeyd olunub ki, hesablamalarda yanacağın mənşəyini gizlətmək üçün Yaxın Şərqdə və ya Sinqapur, Malayziya və İndoneziya sularında gəmidən gəmiyə boşaldılan neft də nəzərə alınır.

Əksər treyderlər və NEZ-lər ABŞ-ın sanksiya siyahısına düşməkdən qorxduğundan İran neftini almaq istəmirlər. Eyni zamanda, Tehran neft ixracatından əldə olunan gəlirləri artırmaq məqsədi ilə "aqressiv marketinqə” əl atır.

ABŞ sanksiyaları səbəbindən İran nefti əhəmiyyətli dərəcədə endirimlə satılır. Məsələn, Çində İrandan gələn xammalın qiyməti adətən "Brent”in etalon qiymətindən 3-5 dollar az olur, bu da yerli şirkətləri xammalın qiymətləri artdıqca İran neftinin alışlarını artırmağa təşviq edir.

"Bloomberg”in hesablamalarına görə, bu ilin yanvar və fevral aylarında Çinin neft idxalı orta hesabla gündəlik 11,1 milyon barel olub ki, bu da 2020-ci ilin dekabrına nisbətən 20 faiz çoxdur.

Qeyd edək ki, İran neft ixracatı 2018-ci ildə 2,8 milyon barel/günə çatırdı, lakin ötən ilin sonunda 300 min barel/günə düşüb. Bunu tankerin izləmə məlumatlarına əsaslanan təxmini qiymətləndirmə göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol