Ağ Ev: “Çinlə müzakirələrdə uyğur müsəlmanları əsas mövzulardan olacaq”
ABŞ-Çin görüşlərindəki mövzulardan biri Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinə qarşı rəftarı olacaq.
"Anadolu” agentliyi xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərin suallarını cavablandıran zaman deyib.
O, Çin və ABŞ rəsmilərinin Alyaskadakı görüşündə insan hüquqlarının, Tayvanın və iqtisadi əlaqələrin müzakirə ediləcəyini bildirib.
Psaki qeyd edib ki, ABŞ Çinin uyğur müsəlmanlarına qarşı siyasətini soyqırım hesab edir.
www.anews.az
























