Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat İstanbul şəhərində keçirilib. Şəhərin 10 ilçəsində 19 müxtəlif ünvana eyni vaxtda basqın edilib. Nəticədə axtarışda olan 19 nəfərdən 15-i saxlanılıb. Onların hamısı İŞİD üzvləridir. Hazırda araşdırmalar davam etdirilir.www.anews.az