Koronavirusa yoluxanların sayı 120 milyonu keçdi

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 120 milyon nəfəri ötüb.
Anews.az Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 120 milyon 57 min 630-a çatıb.
Pandemiya qurbanlarının sayı 2 milyon 659 min 836 nəfərdir.
İndiyədək 96 milyon 589 min 358 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
www.anews.az
























