Türkmənistan Azərbaycanla olan tarixi sazişi ratifikasiya etdi

"Dostluq” yatağı üzrə qarşılıqlı anlaşma haqqında Azərbaycan-Türkmənistan Memorandumu Türkmənistan Məclisində ratifikasiya edilib.
Anews.az "Turkmenportal”a istinadən xəbər verir ki, "Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qarşılıqlı Anlaşma Memorandumunun ratifikasiyası haqqında” müvafiq qərar Türkmənistan parlamentinin xüsusi iclasında qəbul edilib.
www.anews.az
























