Rusiyada koronavirusdan ölənlərin sayı 92 mini ötdü

Rusiyada son bir gündə daha 10 083 nəfərə COVID-19 diaqnozu qoyulub.
Anews.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 390 608 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 395 nəfər artaraq 92 090-a yüksəlib.
www.anews.az
























