Gürcüstanın keçmiş baş nazirinin oğlu həbs olundu

Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın (2003-2005) oğlu 24 yaşlı Besarion Jvaniya üç il müddətinə azadlıqdan məhrum edilib.
"Report”un yerli bürosu xəbər verir ki, o, iş adamı və keçmiş deputat Levan Topadzenin nəvəsi Qogi Topadzenin qəsdən qətlə yetirməyə cəhddə ittiham olunur.
Məhkəmə qərarına əsasən, B.Jvaniya həbs müddətinin yarısını cəzaçəkmə müəssisəsində çəkəcək, yerdə qalan müddət isə şərti hesab olunacaq.
www.anews.az
























