• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın mühafizəçisi məktub yazıb intihar etdi

Ərdoğanın mühafizəçisi məktub yazıb intihar etdi
18.03.2021 17:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Mühafizə Xidmətində fəaliyyət göstərən 28 yaşlı polis intihar edib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, polis əməkdaşı Mehmet Əli Bulud işə gəlmədiyi üçün həmkarları onun evinə yollanıb. Çilingər vasitəsilə evin qapısını açan polis əməkdaşları M. Ə. Buludun cansız bədənini və yazdığı məktubu tapıblar.

O, məktubda tabe olduğu yüksək rütbəlilər tərəfindən hədələndiyini, təhqir olunduğunu və nəticədə buna tab gətirməyərək intihar etdiyini yazıb:

"Ən yaxşı gördüyünüz iş, sizə tabe olanları təhqir etmək, hədələmək, işdən çıxarmaq, alçaltmaq, yalançı kimi təqdim etməkdir. Hər insanın bir qüruru var və mən o sözləri qəbul edə bilmədim. Bəli C.B və A.Ö, bina, infrastruktur və qapılar sizə məxsusdur. Kaş ki, yuxarıda yazdıqlarımın yerinə, biraz da sizə tabe olanlarla yaxşı rəftar edib, onların əhvalını soruşmağı, başa düşməyi sınaqdan keçirsəydiniz. Yas mərasimimə komandirim Mustafa Yavuzkanatdan başqa heç bir rütbəli şəxsin gəlməsini istəmirəm. M. Əli Bulud”.

Türkiyənin Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı verilən açıqlamada intihar edən polis məmurunun psixoloji vəziyyətinin yaxşı olmadığı bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol