Türkiyədə ər-arvad üç saat fərqlə koronavirusdan öldü

Türkiyədə koronavirusa yoluxan cütlük eyni gündə vəfat edib.
Cütlüyün bir müddət əvvəl koronavirusa yoluxduğu bildirilir. Onlar yaşadıqları ərazisindəki Fehime Faik Kocagöz Dövlət Xəstəxanasının reanimasiya şöbəsində müalicə alıblar. Həkimlərin səylərinə baxmayaraq, Yılmaz Karınca ötən gün gecə vəfat edib. 3 saatdan sonra isə həyat yoldaşı Meral Karıncanın ölüm xəbəri gəlib
www.anews.az
























