• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Baydeni ABŞ-da sərhəd böhranı yaratmaqda ittiham etdi

Tramp Baydeni ABŞ-da sərhəd böhranı yaratmaqda ittiham etdi
22.03.2021 19:00
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp xələfi Co Baydeni Birləşmiş Ştatlarda sərhəd böhranı yaratmaqda təqsirləndirib.

Tramp Bayden rəhbərliyinə "tarixin ən təhlükəsiz sərhədi”ni təhvil verdiyini, lakin onun bütün səyləri boşa çıxardığını bildirib.

"Etməli olduqları tək şey bu fasiləsiz işləyən sistemin avtopilotda qalması idi. Bunun əvəzinə, yalnız bir neçə həftə içərisində Bayden rəhbərliyi milli bir qələbəni milli bir fəlakətə çevirdi”,- deyə Tramp qeyd edib.

Onun fikrincə, Bayden sərhəd böhranına son qoymaq üçün tam uğursuzluğunu etiraf etməli və Trampın effektiv və sınanmış sərhəd siyasətini qəbul etməlidir.

O, Baydeni sərhəd boyu çəkilməkdə olan divarları bir neçə həftəyə tamamlamağa çağırıb.

"Onu dayandırmamalı idilər. Ölümə və insan faciəsinə səbəb olurlar”, - deyə sabiq Prezident əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Bayden jurnalistlərə ABŞ-Meksika sərhədini ziyarət edəcəyini açıqlamışdı.

Xatırladaq ki, ABŞ hökuməti ölkənin cənub sərhədindəki miqrant axını ilə, xüsusilə yetkinlik yaşına çatmayanlarla mübarizəni davam etdirir. Statistikaya görə, ABŞ-ın nəzarətində olan miqrant uşaqların sayı 15.000-i keçib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol