Türk lirəsinin dəyəri 17 % azalıb

Türk lirəsi prezident Tayyib Ərdoğanın Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 % azalıb.
"Report" bu barədə "Reuters”ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ dolların türk valyutasına qarşı məzənnəsi cümə günü 7,22 lirədən 8,34 lirəyə yüksəlib və ötən ilin noyabr ayında göstərilən tarixi minimumu az qala yeniləyəcəkdir.
www.anews.az
























