ABŞ Baş infeksionisti Rusiya peyvəndini təriflədi

ABŞ-ın Baş infeksionisti Entoni Fauçi Rusiya istehsalı "Sputnik V” peyvəndi ilə bağlı məlumatları olduqca yaxşı qiymətləndirib.
Anews.az xəbər verir ki, o, bu barədə "Hugh Hewitt Show” proqramında açıqlama verib.
Eyni zamanda Fauçi, kifayət qədər məlumatı olmadığı üçün Çin peyvəndi ilə bağlı fikir bildirməkdən çəkinib.
"Ancaq rus peyvəndinin olduqca təsirli olduğunu düşünürəm”,- deyə Fauçi əlavə edib.
www.anews.az
























