Ramazan Abdulatipovun qardaşına 12 il həbs cəzası verildi

Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun qardaşı, sabiq deputat Rəcəb Abdulatipov 12 il həbs cəzasına məhkum edilib.
Anews.az xəbər verir ki, bu barədə Moskvanın Babuşkin məhkəməsi qərar çıxarıb.
Məhkəmənin qərarına əsasən, R.Abdulatipov 8 milyon rubl cərimə ödəməlidir. Bundan əlavə, onun beş il müddətinə dövlət qulluğunda vəzifə tutması qadağan edilib.
www.anews.az
























