Çavuşoğludan S-400-lərlə bağlı - Açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə və ya ABŞ-da geniştərkibli iclas keçirmək məsələsində razılığa gəldiklərini açıqlayıb.
Nazir bildirib ki, E.Blinkenlə görüş konstruktiv şəraitdə gerçəkləşib:
"Bir çox məsələ açıqürəkliliklə müzakirə olundu. Ancaq tərəflər arasında bəzi məsələlərdə fikir ayrılıqları da var. ABŞ-da FETO-nun mövcudluğu kimi məsələlərin ikitərəfli münasibərlərə mənfi təsir göstərdiyini xatırlatdıq. Bu çərçivədə Türkiyənin gözləntilərini bird aha ifadə etdik”.
M.Çavuşoğlu S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb:
"S-400-lərin satın alındığını və bu işin tamamlandığını bir daha söylədik”.
www.anews.az
























