Türkiyə XİN Makronun sözlərinə - Cavab verdi

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransa Prezidenti Emmanuel Makronun fransız televiziya kanalına verdiyi müsahibədəki ifadələrini şərh edib.
Anews.az xəbər verir ki, H.Aksoy Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqındakı sözləri və Türkiyənin Fransa seçkilərinə müdaxilə edəcəyinə dair açıqlamasına sərt reaksiya göstərib.
XİN sözçüsü Makronun Türkiyənin Franasanın daxili siyasətinə müdaxilə ilə bağlı açıqlamasına da münasibət bildirib:
"Cənab Makronun Türkiyənin Fransanın daxili siyasətinə gələcək seçkilər üzərindən müdaxilə edəcəyi barədə irəli sürdüyü iddia ölkədə yaşayan əcnəbi mənşəli toplumları özgələşdirir və bunu təhlükəli hesab edirik.
www.anews.az
























