• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı AÇIQLAMA

Rusiya XİN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı AÇIQLAMA
25.03.2021 20:48
Dağlıq Qarabağ zonasında atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək məqsədilə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin qurulması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün şərait yaradıb.

Anews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2020-ci il üçün xarici siyasət icmalında deyilir.

Qeyd olunub ki, Rusiya sülhün bərpasında və Dağlıq Qarabağda humanitar vəziyyətin normallaşması üçün şərait yaradılmasında önəmli rol oynayıb.

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması barədə razılaşma zorakılığa son qoymaq, Cənubi Qafqazda sülhü və təhlükəsizliyi gücləndirib qorumaq istiqamətində qarşılıqlı məqbul həll yollarına çatmaq üçün lazımi şərait yaradıb", - Rusiya XİN-in məlumatında bildirilib.

Xatırladaq ki, işğaldan azad olunmuş Ağdam rayonu ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi cari ilin yanvarın 30-dan fəaliyyətə başlayıb

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol