Türkiyədə yoluxanların sayı artdı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 153 nəfər ölüb.
Anews.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 29 081 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün 20 208 nəfər sağalıb, ağır xəstə sayı isə 1 810 olub.
www.anews.az
























