• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstanda Rusiyaya casusluq edən 5 nəfər həbsdə qaldı

Bolqarıstanda Rusiyaya casusluq edən 5 nəfər həbsdə qaldı
27.03.2021 20:00
Bolqarıstanla Rusiya arasında münasibətlər yenidən gərginləşib.

Buna səbəb Bolqarıstanda aprelin 4-də keçiriləcək parlament seçkiləri ərəfəsində yenidən gündəmə gələn casus qalmaqalıdır.
Belə ki, pul qarşılığında Bolqarıstan Silahlı Qüvvələrinin modernizasiyası və ölkənin NATO ilə münasibətləri barədə Rusiya səfirliyinə məlumat satmaqda ittiham edilən 6 bolqardan 5-nin həbsdə qalması barədə qərar verilib.

Bolqarıstan Hərbi Apellyasiya Məhkəməsində keçirilən prosesdə qeyd olunub ki, şəbəkənin lideri İvan İliyev və digər 4 şübhəli nəzarətdə qalacaq, etiraf edən digər üzv məhkəməyə qədər mühakimə olunacaq.

Prokurorluq tərəfindən 6 ay təqib altında saxlanılan şəbəkənin fəaliyyəti ilə bağlı məhkəməyə təqdim olunan 44 cildlik sənədlərə 4 cild də əlavə edilib.
Məhkəmədə şəbəkənin lideri, Bolqarıstan hərbi kəşfiyyatında xidmət edən İliyevin hərbi polis təqibindən qaçarkən Rusiyanın Sofiyadakı səfirliyinə sığınmağa çalışdığı açıqlanıb.

Məhkəmədə verilən məlumata görə, İliyev vəzifəsinə başlamazdan əvvəl keçmiş Sovet İttifaqı (SSRİ) dövründə həmin ölkənin hərbi kəşfiyyatında təhsil alıb. Şəbəkə tərəfindən toplanan məlumatları şəxsən Rusiyanın Sofiyadakı səfirliyinə gətirən İlieyvin həyat yoldaşı Qalina İliyevanın SSRİ Kəşfiyyat Baş İdarəsinin (GRU) keçmiş işçisi olduğu vurğulanıb.

Şəbəkə üzvləri arasında Bolqarıstan Müdafiə Nazirliyinin Büdcə İdarəsinin direktor müavini Petar Petrov, Parlamentin Gizli Sənəd Arxiv meneceri Lübomir Medarov və Hərbi Kəşfiyyat zabiti Dimitar Vlahov da var.

Baş Prokurorluğun mətbuat katibi Siyika Mileva əməliyyatla tutulan təşkilat rəhbərinin keçmiş hərbi kəşfiyyat məmuru olduğunu və Moskvada təhsil aldığını bildirib. Mileva Müdafiə Nazirliyində məxfi məlumatlara sahib olan personalla təmasda olduğu bildirilən bu şəxsin Sofiyadakı Rusiya səfirliyindəki diplomatlarla xüsusi təmaslarını sənədləşdirən video və səs qeydlərinə sahib olduğunu söyləyib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəni "Bolqarıstanın başlatdığı cadu ovu” olaraq xarakterizə edib: "Bəzi Bolqarıstan siyasətçiləri casusluq mövzusundan öz gündəmlərini yaratmaq üçün istifadə edirlər. Bolqarıstan vətəndaşları bu cür qondarma siyasətçilərdən soruşmalıdırlar: Bolqarıstan xalqı üçün çalışdığınızı iddia etdiyiniz üçün özünüzü düşünmürsünüzmü? Rusiya ilə ikitərəfli münasibətlərimizi poza bilər və bu səbəbdən bir şey edə bilməzsiniz?!”.

Qeyd edək ki, son 2,5 ildə 7 rus diplomat Bolqarıstandan qovulub. (qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol