Gürcüstanda COVID-19-a yoluxanların sayı 280 mini ötüb

Gürcüstanda ötən sutkada daha 365 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 5 pasiyent vəfat edib.
Reportun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 280 301-ə, ölənlərin sayı isə 3 751-ə yüksəlib.
www.anews.az
























