Gürcüstan apreldə daha 100 min doza Çin vaksini ALACAQ

Gürcüstana aprel ayında 100 min doza Çin istehsalı olan vaksin gətiriləcək. Bununla bağlı Çinin "Sinopharm” şirkəti ilə artıq razılıq əldə olunub.
Onun sözlərinə görə, bununla yanaşı koronavirusa qarşı vaksin istehsal edən "Pfizer”, "Novovax”, "Johnson & Johson” və digər şirkətlərlə də danışıqlar davam etdirilir.
Mərkəzin rəhbəri deyib ki, dünyanın bir çox ölkələrində milyonlarla insan Çinin "Sinopharm” şirkətinin istehsal etdiyi vaksindən istifadə edib. Gürcüstan da bu şirkətlə müqavilə imzalayıb və aprel ayında 100 min doza vaksin ölkəyə gətiriləcək.
www.anews.az
























