Ermənistanda Türkiyə bayrağı yandırıldı

Ermənistanda türk düşmənçiliyi bir daha özünü büruzə verib.
Anews.az xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın jurnalistin Türkiyəni düşmən dövlət olaraq görüb-görməməsilə bağla sualına "Türkiyəyə qarşı münasibətimizi yenidən nəzərdən keçirməliyik” cavabından sonra İrəvanda radikal milliyyətçi "Daşnaksutyun” partiyası tərəfindən etiraz aksiyası təşkil olunub.
Etirazçılar Türkiyə əleyhinə şüarlar səsləndirib, hətta qardaş ölkənin dövlət bayrağını da yandırıblar.
www.anews.az
























