• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada daha üç azərbaycanlının öldürüldüyü barədə məlumat yayıldı

Suriyada daha üç azərbaycanlının öldürüldüyü barədə məlumat yayıldı
29.05.2020 12:17
 Suriyada daha üç azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb. APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən etdiyi məlumata görə, Suriyanın  Rasulayn bölgəsində “İraq Şam İslam Dövləti” silahlı qruplaşması ilə “Kürd PYD” (PKK) qruplaşması arasında baş verən şiddətli döyüşdə “İraq Şam İslam Dövləti” silahlı qruplaşması 10, “Kürd PYD” qruplaşması isə 70 nəfər itki verib. “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının öldürülən üzvlərindən üçünün azərbaycanlı olduğu bildirilir. Onlar “Əbu Cəfər” ləqəbli Şəki sakini, “Abdu Şakir” ləqəbli Xaçmaz sakini və “Osman” ləqəbli azərbaycanlıdır. Öldürülən azərbaycanlıların əsl kimliyi və meyitlərinin fotoları hələlik yayılmayıb. Azərbaycanlı döyüşçülər adını açıqlamasalar da, öldürülən azərbaycanlılardan birinin fotosunu da APA-ya təqdim ediblər. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol