Səudiyyə Ərəbistanı şahzadəsi İngiltərə klubunu tərk etdi

Səudiyyə Ərəbistanı şahzadəsi Musaad ibn Xalid əl-Səud İngiltərənin "Şeffild Yunayted" klubunun Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb.
Klubun rəsmi saytının yazdığı məlumata görə, hakim sülalənin nümayəndəsi şəxsi səbəblərini əsas gətirib. Əl-Səud bu posta 2019-cu ilin sentyabrında 26 yaşında gətirilib və İngiltərə Premyer Liqası tarixində ən gənc klub rəhbəri olub.
www.anews.az
























