Makron Fransa klublarının Superliqadan imtinasını alqışladı

Fransa prezidenti Emmanuel Makron ölkənin futbol klublarının Avropa Super Liqasında iştirak etməməsinə münasibət bildirib.
Makron ölkə klublarının qərarını dəstəklədiyini bildirib.
"Ölkə prezidenti Superliqa layihəsində iştirakdan imtina edən Fransa klublarının mövqeyini alqışlayır. Bu layihə vəhdət prinsiplərinə təhlükə yaradır. Fransa hakimiyyəti yerli federasiyanın, liqanın UEFA və FIFA-nın milli və ya Avropa miqyaslı yarışların bütövlüyünün müdafiəsi naminə bütün addımlarını dəstəkləyəcək", - deyə ölkə başçısının açıqlamasında vurğulanıb.
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.
www.anews.az
























