Gürcüstan və Türkiyə XİN başçıları arasında görüş olacaq

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Rumıniyaya səfərə gedib.
Anews.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN başçısı aprelin 22-23-də Buxarestdə keçiriləcək Türkiyə, Polşa və Rumıniya xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşdə regional təhlükəsizlik, Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyası məsələləri müzakirə olunacaq.
www.anews.az
























