Gürcüstan parlamentinə yeni sədr seçildi

Kaça Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.
"Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.
Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.
K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrından vitse-spiker vəzifəsini tutub. 42 yaşlı siyasətçi bu ilin yanvarından hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasında təmsil olunur.
www.anews.az