• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı ekspert: "Ağ Ev Avropanın ən vacib ölkəsi olan Türkiyə ilə strateji əlaqələr qura bilməyib"

Amerikalı ekspert: "Ağ Ev Avropanın ən vacib ölkəsi olan Türkiyə ilə strateji əlaqələr qura bilməyib"
28.04.2021 23:00
"ABŞ-ın bütün hərbi texnikasının və qoşunlarının Əfqanıstandan çıxarılması prosesində Azərbaycan, Türkiyə və Pakistanın rolu böyük əhəmiyyətə malikdir".
Bu fikirləri "Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Piter Teys bildirib.

ABŞ Prezidenti Cozef Bayden aprelin 14-də amerikalı əsgərləri Əfqanıstandan mayda çıxarmağa başlamağı planlaşdırdığını bəyan edib.

Ekspertin fikrincə, bütün hərbi texnikanı Əfqanıstandan çıxarmaq, məntiqi baxımdan, ABŞ üçün çox çətin olacaq: "Qeyd etmək lazımdır ki, Prezident Bayden ABŞ senatoru olduğu ilk günlərindən bəri son qırx il ərzində, demək olar ki, bütün əhəmiyyətli xarici siyasət və milli təhlükəsizlik məsələsində səhvlərə yol verib... Texnikanın böyük hissəsi hava yolu daşına bilər. Pakistan və Orta Asiyadan keçən quru yollardan da istifadə ediləcək. Prezident Baydenin Ermənistanın faşist rejimini dəstəkləyən son bəyanatlarını və saxta "erməni soyqırımı”nı tanımasını nəzərə alsaq Ağ Ev üçün Bakı və İstanbuldakı hava limanlarından istifadəni təmin etmək çox çətin olacaq. Pakistanda isə Vaşinqton Əfqanıstanı tərk edən hərbi texnikasının və əsgərlərinin hava və quru yolu ilə daşınmasını və keçidini təmin etmək üçün böyük bir məbləğ xərcləyəcək”.

Onun sözlərinə görə, bu Baydenin prezidentliyi dövründə kritik bir məqamdır.

"Ağ Ev Avropanın ən vacib geosiyasi ölkəsi və oyunçusu olan Türkiyə ilə strateji əlaqələr qura bilməyib. Oxşar münasibət Azərbaycana da tətbiq olunub, çünki Vaşinqton ötən ilin payızında İkinci Qarabağ müharibəsinin 44 günü ərzində səssiz və (diplomatik baxımdan) hərəkətsiz qalıb. O, hazırda da əsassız olaraq Bakı ilə dondurulmuş münasibətləri saxlamağa davam edir”, – P.Teys deyib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol