Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycanın 107 vətəndaşı cəza çəkir.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.
Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər azaıb. Onların 10-u ittiham olunan, 97-si isə məhkumdur. Məhkumların 3-ü yeniyetmədir.
Gürcüstanda probasiya nəzarətində saxlanılan 25 nəfər Azərbaycan vətəndaşı var. Onların sayı aylıq müqayisədə 5 nəfər azalıb. Həmin şəxslərin 22-si kişi, 3-ü qadındır.
www.anews.az
























