Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyə Daxili İşlər Nazirliyi Şırnak və Hakkari əyalətlərində "Eren Cudi-Besta” və "Eren Kazan-Oğul” adlı genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
Məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Aksiya Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında "Pençe Şimşek” və "Pençe Yıldırım” antiterror əməliyyatları ilə eyni zamanda keçirilir.
Əməliyyatda Daxili İşlər Nazirliyinin Jandarma Asayiş Komandanlığı, Jandarma Komandosu, Jandarma Xüsusi Təyinatlı Dəstəsi, Polis Xüsusi Təyinatlıları, Təhlükəsizlik Mühafizəçilərinin 5 280 şəxsi heyəti iştirak edir.
www.anews.az
























