Çavuşoğlu qırğız və tacik həmkarına zəng etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışıb.
"Anadolu” agentliyinin verdiyi məlumata görə, Çavuşoğlu Türkiyənin iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından məmnun olduğunu ifadə edib.
Nazir deyib ki, ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır.
Bu gün Qırğızıstan və Tacikistan arasında atəşkəs barədə razılıq əldə edilib.
www.anews.az
























