Çində təmir zavodunda partlayış olub

Çində təmir zavodunda partlayış nəticəsində bir nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.
Bu barədə yerli administrasiyaya istinadən "Sina" portalı bildirib.
Hadisə Quansi-Çjuansk muxtar rayonunun Bayse şəhər dairəsinin Napo rayonunda olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
www.anews.az
























