• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var

İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var
10.05.2021 22:31
Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb.


AZXEBER.COM xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib.


O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.


İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb.


Digər bir raket isə "Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.


"Alquds” qəzetinin məlumatına görə, raket zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.


Fələstinin "Saut Al-Aqsa” radiostansiyasının məlumatına görə, artıq HƏMAS təşkilatı raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. "Palestina” peyk telekanalı isə bildirib ki, "İslam cihadı” qruplaşması İsrail istiqamətində atılan 30 raketə görə məsuliyyətin onlara aid olması barədə bəyanat yayıb.


Qeyd edək ki, bir müddət əvvəl təşkilatın hərbi qanadının nümayəndəsi Əbu Übeyda bildirib ki, İsrail yerli vaxtla saat 18:00-dək hərbçilərini Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən geri çəkməlidir.  


Son məlumatlara görə, artıq İsrail ordusu HƏMAS-ın mövqelərinə cavab zərbələri endirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol