Gürcüstanda keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın 4-də müraciət edib.
www.anews.az
























