• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya dost olmayan ölkələrin adını açıqladı

Rusiya dost olmayan ölkələrin adını açıqladı
15.05.2021 10:08
Rusiya hökuməti "Fəaliyyətləri ilə Rusiyaya qarşı dost münasibəti göstərməyən" ölkələrin siyahısını təsdiqləyib. Siyahıya yalnız ABŞ və Çexiya daxil edilib.

Bu barədə "TASS" agentliyi məlumat yayıb. Sənəddə qeyd olunub ki, Çex Respublikasının Rusiyadakı diplomatik nümayəndəliyinə Rusiya vətəndaşlığı olan ən çox 19 əməkdaş qəbul etməsinə icazə veriləcək. ABŞ diplomatik nümayəndəliyinə isə, ümumiyyətlə, Rusiya vətəndaşı olan işçi götürmək qadağan olunub. 

Hökumətin qərarını şərh edən Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, siyahıya daxil edilmiş dövlətlərin seçimi Moskvanın dialoqa hazır olduğunu göstərir.

Qeyd edək ki, sözügedən sənəd Vladimir Putin tərəfindən 23 aprel tarixində Çexiya və ABŞ ilə yaşanan diplomatik böhran fonunda imzalanıb. Belə ki, rəsmi Praqa Moskvanı 2014-cü ildə baş verən partlayışda günahlandıraraq 18 rus diplomatını arzuolunmaz şəxs elan edib. Vaşinqton isə ABŞ federal agentliklərinə edilən kiberhücumlarda və 2020 seçkilərinə müdaxilədə Rusiyanı cavabdeh bilərək yeni sanksiyalar tətbiq edib və bir sıra rus diplomatını ölkədən çıxarıb. (qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol