Hindistanda çay sahilində yüzlərlə meyit aşkarlanıb

Hindistanın hakimiyyət orqanları hindilər üçün müqəddəs sayılan Qanq çayı sahilində basdırılmış yüzlərlə meyit aşkarlayıb.
"Report” xəbər verir ki, bu barədə "Associated Press” bildirib.
Qeyd edilir ki, hadisə Uttar-Pradeş ştatında baş verib. Çayın Pryaqrac şəhərindəki sahilində 300 meyitin dəfn edilməsi aşkar olunub. Rəsmi şəxslər hesab edir ki, ölənlər COVID-19 qurbanlarıdır.
Polis zabiti Kumar Sinqx bildirib ki, hakimiyyət orqanları bu ərazini COVID-19 qurbanlarının kremasiyası yeri kimi müəyyənləşdirib. O, qeyd edib ki, vətəndaşlara dünyasını dəyişmiş yaxınlarını çayın sahili boyunca dəfn etmələri qadağan olunacaq.
www.anews.az
























