Kanadada silahlı insident baş verib

Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
APA yerli "CBC” telekanalına istinadən xəbər verir ki, insident şəhərin qərb hissəsində baş verib.
Naməlum kişi avtomobildən düşərək digər avtomobildə olan insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Atəş zamanı güllələrdən biri yaxınlıqdakı evlərdən birinə dəyib, lakin xəsarət alan olmayıb.
İnsidenti törədən şəxs hadisə yerindən qaçıb.
www.anews.az
























