• $
  • €
  • ₽
  • ₺
  • £

“SELFİE”baz siyasətçilər - FOTOLAR

“SELFİE”baz siyasətçilər - FOTOLAR
30.05.2014 11:30
Son dövrlərdə sosial şəbəkələrdə tüğyan edən “selfie” (avtofotoportret) üslubunda çəkilmiş şəkillər böyük maraqla qarşılanır. Artıq insanlar üçün sözün əsl mənasında əyləncəyə çevrilən “selfie”lərə dünyanın tanınmış siyasətçiləri də biganə qala bilmir. “Selfie” onların da əyləncəsinə çevrilib.

Modern.az saytı dünyanın məşhur siyasətçilərinin “selfie”yə göstərdikləri marağı araşdırıb.

Hazırda dünyanın diqqət mərkəzində duran Rusiya Federasiyasının prezidenti Vladimir Putin “selfie”dən imtina etməyib. Tver vilayətində gənclərlə görüş zamanı prezident gənc fəal Oksana Mitrofanovanın “selfie” xahişini yerə salmayıb.

Rusiyanın baş naziri Dmitri Medvedev “selfie” marağında prezidentindən geri qalmır. Kazanda səfərdə olarkən baş nazir tələbələrin “selfie” təklifini böyük məmnunniyyətlə qəbul edib.

Almaniyanın xanım kansleri Angela Merkel “selfie” təklifini sanki çoxdan gözləyirmiş. Berlində orta məktəb şagirdlərinin təklifini xanım siyasətçi gülə-gülə qarşılayıb.

Kiyev şəhərinin yeni seçilmiş meri Vitali Kliçko da “selfie” marağını gizlədə bilməyib. Kliçko Londonda olarkən tərəfdarlarının arasında “selfie” əyləncəsini yaşayıb.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerrinin “selfie”lərə qarşı marağı o qədər böyükdür ki, o Cakartada tələbələr qarşısında çıxış etməzdən əvvəl əməlli-başlı “selfie” şousu yaradıb.

Əyləncə həvəskarı olan fransızların prezidenti Fransua Olland Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri zamanı “selfie” əyləncəsinə qatılıb.

Kifayət qədər ciddi görkəmi olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ilk “selfie”sinin səbəbkarı və təşəbbüskarı jurnalist Sofiko Şevardnadzedir. Xanım jurnalist istədiyinə nail ola bilib. Axı o, jurnalist olmaqla yanaşı, həm də böyük siyasətçi Eduard Şevardnadzenin qızıdır.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama “selfie” məsələsində bütün həmkarlarını qabaqlayıb. Nelson Mandelanın dəfn mərasimində Obamanın Britaniyanın və Danimarkanın baş nazirləri ilə “selfie” çəkdirməsi  ictimaiyyət arasında heç də yaxşı qarşılanmayıb. Bu “selfie” siyasətçilər üçün yersiz hərəkət kimi qiymətləndirilib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “selfie”si də sosial mediada maraqla qarşılanıb. Malayziyanın baş naziri  Nəcip Rezak Türkiyədə səfərdə olarkən Ərdoğan həmkarı ilə “selfie” yapmağı unutmayıb.

Yeri gəlmişkən, bu il aprelin 8-də Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə ikən Niderland və bəzi digər xarici ölkələrin səfirləri ilə "selfie" çəkdirib. Niderland Krallığının Azərbaycandakı səfirliyinin yaydığı həmin "selfie"  sosial mediada geniş yayılıb və bəyənilib.

"Selfie"si olan məşhurlar arasında hətta Roma Papası da var. Papa Fransisk bir müddət öncə Vatikanda Pasxa günlərinin başlanması ilə bağlı təntənəli tədbirdə çıxış edib. Çıxışından sonra izdiham arasına qatılan Papa gənclərlə “selfie” çəkdirib.

Fransanın sabiq prezidenti Nikola Sarkozi də gənclərlə "selfie" fotolar çəkdirən məşhurlar sırasındadır.

İsrailin baş naziri Benyamin Netanyahu da "selife"si olan məşhur siyasətçilərdən geri qalmır.Göründüyü kimi, bu gün daha çox gənclərin əyləncəsi hesab olunan "selife" fotolar prezidentlərin, baş nazirlərin də maraq dairəsindədir...  ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol