Gürcüstan pandemiya dövründə 2 milyard dollara yaxın borc götürüb

Gürcüstan koronavirus (COVID-19) pandemiyası dövründə beynəlxalq tərəfdaşlarından 1,9 milyard ABŞ dolları vəsait əldə edib.
"Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qonşu ölkənin maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.
O, məbləğin əsas hissəsinin borc olduğunu və 100 milyon avro qrant da alındığını deyib.
www.anews.az
























