Rusiyada virusdan sağalanların sayı 4,6 milyonu ötüb

Rusiyada son sutka ərzində koronavirusa 8937 yeni yoluxma halı qeydə alınıb.
Unikal.org "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 983 845 nəfərə çatıb.
Rusiyada son bir gündə 389 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 117 739 nəfərdir. İndiyədək 4 601 120 xəstə sağalıb.
www.anews.az
























