İranda partlayış olub, xəsarət alanlar var

İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məşğul olan zavodda partlayış olub.
Məlumata görə, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb.
"Kimya zavodunda baş vermiş partlayışın səbəbi araşdırılır, 9 nəfər xəstəxanaya aparılıb”, - deyə "Mehr” dövlət agentliyi yerli tibb xidmətinin mətbuat katibi Abbas Abedidən sitat gətirib.
www.anews.az
























