Bayden və Putinin görüş yeri təsdiqləndi - bu məsələləri müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Baydenin görüşəcəyi tarix və yer açıqlanıb.
"Ölkə.az” Rusiya mediasına istinadən xəbər verir ki, iki liderin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq. Bu barədə rəsmi məlumatı Kremlin mətbuat xidməti açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki ölkə liderinin müzakirə edəcəyi məsələlər razılaşdırılır: "Liderlər ABŞ-Rusiya əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi, COVİD-19 pandemiyası ilə mübarizə və regional münaqişələrin həlli ilə bağlı müzakirələr apara bilər".
Öz növbəsində Ağ Ev də məlumatı təsdiqləyib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, prezidentlərin nüvə təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə edəcəyi istisna edilmir.
Qeyd edək ki, yeni görüşün təşəbbüskarı Baydendir.
www.anews.az
























