KİV: Ermənistanda baş qərargah rəisinin müavini istefaya verəcək

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan vəzifədən getmək niyyətindədir.
"Report” yerli KİV-ə istinadən xəbər verir ki, daha əvvəl o, baş qərargah rəisi Onik Qasparyanla birgə istefa verməyi düşünmüş, lakin hökumətin təkidi ilə bu addımı təxirə salmışdı.
"Müxtəlif qurumlardakı istefaların başlıca səbəbi Azərbaycanla sərhəd məsələsinə və münasibətlərə dair baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışı, bəyanatlarıdır”, – "Joğovurd” qəzeti yazır.
www.anews.az
























