ABŞ 30 ildən sonra İrandan neft alıb

ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq etməsinə baxmayaraq, rəsmi Vaşinqton bu ilin mart ayında İslam Respublikasından 1 milyon 33 min barrel xam neft alıb.
"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Energetika Nazirliyi yanında Enegetika İnformaisya İdarəsi yayıb.
Bildirilib ki, ABŞ İrandan sonuncu dəfə 1991-ci ildə neft alıb. Bu dəfəki alış 30 ildən sonra iki düşmən ölkə arasında neft ticarətinə dair ikinci rəsmi ticarət addımı sayılır.
www.anews.az
























