Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında 103 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.
Aylıq müqayisədə həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 4 nəfər azalıb. Onların 9-u ittiham olunan, 94-ü 3-ü yeniyetmə olmaqla məhkumdur.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artaraq 26 olub. Onların 23-ü kişi, 3-ü qadındır.
www.anews.az
























