Şəhid olan Türkiyə hərbçilərinin sayı 3-ə çatıb - YENİLƏNİB

Suriyada şəhid olan Türkiyə hərbçilərinin sayı 3-ə çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalında terrorçuların hücumu nəticəsində çavuşlar Şahin Sarılmaz, Necati Yatkak və Halit Altun şəhid olub.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar şəhidlərin ailəsinə başsağlığı verib.
******
Suriyanın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, biri yaralanıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Hadisə Türkiyə ordusunun antiterror əməliyyatı keçirdiyi "Zeytun budağı” bölgəsində baş verib.
www.anews.az
























