Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Ermənistanda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Bu barədə "Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, son sutkada Ermənistanda 72 nəfər koroanvirusa yoluxub, 4 nəfər isə dünyasını dəyişib. Nəticədə orada koronavirusa yoluxanların ümumi sayı 223 min 50-yə, ölənlərin sayı isə 4 min 4 yüz 52-yə çatıb.
www.anews.az
























