Ermənistanda seçki təşviqatı başladı

Bu gündən Ermənistanda rəsmən seçkiqabağı təşviqat kampaniyası başlayıb.
Anews.az xəbər verir ki, kampaniya iyunun 18-dək davam edəcək, bundan sonra "sükut günü" olacaq.
Qeyd edək ki, erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkilərdə iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib.
Sabiq prezidentlər Levon Ter-Petrosyan (Erməni Milli Konqresi), Robert Koçaryan ("Ermənistan" bloku), Serj Sarkisyanın lideri olduğu Respublika partiyası ("Vətən" partiyası ilə birlikdə "Şərəfim var" bloku) seçkilərə qatılacaq.
www.anews.az