Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verdi

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib.
Qeyd edək ki, mayın 27-də xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ilk istefa ərizəsini müavin Qagik Qalaçyan verdi.
Ondan sonra isə Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefa verdilər.
www.anews.az
























