Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü

Pakistanın Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.
Bu barədə "Sinxua” agentliyi məlumat yayıb.
Hadisə baş verən vaxt avtobusda 18 nəfər olub.
Xilasedicilər hələ ki, sudan yalnız bir nəfərin cəsədini çıxara biliblər.
17 sərnişin itkin düşmüş hesab olunur. Axtarışlara peşəkar dalğıclar iştirak edirlər.
www.anews.az
























